✕
(010) 525 55 45 | 142
AZ
  • AZ
  • EN
  • Nazirlik
    • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
    • Dövlət Əmək Müfəttişliyi Xidməti
    • DOST Agentliyi
    • Dövlət Məşğulluq Agentliyi
    • Sosial Xidmətlər Agentliyi
    • Dövlət Sosial Müdafiə Fondu
    • Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya
    • Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi
    • DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi
  • Müfəttişlik
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Əsasnamə
    • Strateji məqsədlər
    • İşə qəbul
    • Hesabatlar
  • Xidmətlər
    • Əmək müqaviləsi bildirişinin qeydiyyata alınması və bu barədə işəgötürənə və işçilərə məlumat verilməsi
    • Yeni və ya yenidən qurulmuş müəssisələrin, obyektlərin, istehsalat vasitələrinin əməyin mühafizəsi tələblərinə uyğunluğunu təyin edən sertifikat-pasportun verilməsi
    • İşəgötürənlərə və işçilərə əmək qanunvericiliyinin tətbiqi barədə metodiki kömək göstərilməsi
    • Müəssisə və təşkilatlarda əməyin mühafizəsi xidmətlərinin yenidən təşkili və ya ləğv edilməsinə razılıq verilməsi
    • Əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi
    • İstehsalatda baş verən bədbəxt hadisələr barədə məlumatların qəbulu və bu hadisələrin təhqiqatının aparılması
    • Əmək münasibətləri sahəsi üzrə arayışların verilməsi
  • Qanunvericilik
    • Konstitusiya
    • Məcəllələr
    • Qanunlar
    • Fərmanlar
    • Qərarlar
    • Sərəncamlar
    • Qaydalar
  • Media
    • Press-reliz
    • Elanlar
    • Fotoqalereya
    • Videoqalereya
    • Çap məhsulları
    • “DOST Müfəttiş” layihəsi
  • Sual-cavab
  • Əlaqə
  • Bloq
    • İşçilər üçün
    • İşəgötürənlər üçün
  • Ana səhifə
  • Media
  • Press-reliz
13.09.23

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Türkiyənin Əmək Müfəttişliyi Qurumunun nümayəndə heyəti ilə görüş olub

×

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyinin Əmək Müfəttişliyi Qurumunun rəhbəri Bekir Aktürkün başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub. 

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin iki qardaş ölkənin dövlət başçılarının birgə səyləri nəticəsində bütün sahələrdə uğurla inkişaf etdiyini, əlaqələrin müttəfiqlik səviyyəsində olduğunu vurğulayıb. İki ölkənin əmək, məşğulluq və sosial müdafiə sahələrində də əməkdaşlığının daim genişlənməkdə olduğu bildirilib. 

Azərbaycan  Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında 2022-2023-cü illər üzrə Tədbirlər Planına uyğun olaraq, iki Nazirlik arasında əməyin mühafizəsi və əmək müfəttişliyi sisteminin təkmilləşdirilməsi istiqamətində də fəal əməkdaşlığın, təcrübə mübadilələrinin həyata keçirildiyi diqqətə çatdırılıb. 

Ölkəmizdə son illər aparılan sosial islahatlar, innovativ həllərin tətbiqi işləri və əldə olunan uğurlardan bəhs olunub. “Əmək və Məşğulluq” altsisteminin əhəmiyyəti qeyd edilib, əmək qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində atılan addımlar barədə məlumat verilib. Yeni Əməyin Mühafizəsi Mərkəzinin iş yerlərində əməyin mühafizəsi normalarının tətbiqində işəgötürənlərə dəstək göstərilməsi məqsədinə xidmət etdiyi bildirilib.
 
B.Aktürk iki qurum arasında uğurlu əməkdaşlıq təcrübəsinin olmasından məmnunluq ifadə edib. O, islahatlar prosesində fəal təcrübə mübadilələrinin qarşılıqlı faydalı olduğunu bildirib. Görüşdə əməyin mühafizəsi və təhlükəsizliyi, əmək müfəttişliyinin fəaliyyətinin təkmilləşdirilməsi sahələrində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. 

Qeyd edək ki, Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində nümayəndə heyəti üçün Xidmətin fəaliyyətinə və  “Əmək və Məşğulluq” altsisteminə dair təqdimatlar edilib, təcrübə mübadilələri aparılıb.

Paylaş:

  • LinkedIn
  • Facebook
  • Whatsapp
  • Telegram

Əmək hüquqlarınızın müdafiəsi üçün yaradılmış (+994 10) 525 55 45 WhatsApp nömrəsinə yaza bilərsiniz.

Ünvan: Bakı şəhəri, Svetlana Məmmədova küç., 107

Telefon: 142 - Çağrı mərkəzi (010) 525 55 45

Elektron poçt: demx@sosial.gov.az

Bütün hüquqlar qorunur | © Dövlət Əmək Müfəttişliyi Xidməti