Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən “Əmək və məşğulluq” altsisteminə edilmiş əlavələr ilə bağlı onlayn təlim bu dəfə Dağlıq Şirvan, Mərkəzi Aran və Quba-Xaçmaz regionlarının işəgötürənləri üçün təşkil edilib.
Təlimə 100 nəfərədək işəgötürənin nümayəndəsi qatılıb.
Təlimdə iş yerlərinin attestasiyasının nəticələri əsasında əmək şəraiti ağır və zərərli olan işlərdə çalışan işçilərin tarif (vəzifə) maaşlarına əmək şəraitinin ağırlıq və zərərlik səviyyəsindən asılı olaraq artımın (əmsalın) minimum miqdarının əmək müqaviləsinin elektron formasına əlavə edilməsi, “Əmək və məşğulluq” altsisteminə işəgötürən tərəfindən əmək müqaviləsi daxil edilən zaman əmək məzuniyyəti günlərinin qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmaqla qeyd olunması funksionallığı və s. barədə məlumatlar verilib.
Yeniliklərlə bağlı altsistem üzərindən interaktiv formada izahlar verilib, işəgötürənləri maraqlandıran suallar cavablandırılıb.