✕
(010) 525 55 45 | 142
AZ
  • AZ
  • EN
  • Nazirlik
    • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
    • Dövlət Əmək Müfəttişliyi Xidməti
    • DOST Agentliyi
    • Dövlət Məşğulluq Agentliyi
    • Sosial Xidmətlər Agentliyi
    • Dövlət Sosial Müdafiə Fondu
    • Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya
    • Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi
    • DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi
  • Müfəttişlik
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Əsasnamə
    • Strateji məqsədlər
    • İşə qəbul
    • Hesabatlar
  • Xidmətlər
    • Əmək müqaviləsi bildirişinin qeydiyyata alınması və bu barədə işəgötürənə və işçilərə məlumat verilməsi
    • Yeni və ya yenidən qurulmuş müəssisələrin, obyektlərin, istehsalat vasitələrinin əməyin mühafizəsi tələblərinə uyğunluğunu təyin edən sertifikat-pasportun verilməsi
    • İşəgötürənlərə və işçilərə əmək qanunvericiliyinin tətbiqi barədə metodiki kömək göstərilməsi
    • Müəssisə və təşkilatlarda əməyin mühafizəsi xidmətlərinin yenidən təşkili və ya ləğv edilməsinə razılıq verilməsi
    • Əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi
    • İstehsalatda baş verən bədbəxt hadisələr barədə məlumatların qəbulu və bu hadisələrin təhqiqatının aparılması
    • Əmək münasibətləri sahəsi üzrə arayışların verilməsi
  • Qanunvericilik
    • Konstitusiya
    • Məcəllələr
    • Qanunlar
    • Fərmanlar
    • Qərarlar
    • Sərəncamlar
    • Qaydalar
  • Media
    • Press-reliz
    • Elanlar
    • Fotoqalereya
    • Videoqalereya
    • Çap məhsulları
    • “DOST Müfəttiş” layihəsi
  • Sual-cavab
  • Əlaqə
  • Bloq
    • İşçilər üçün
    • İşəgötürənlər üçün
  • Ana səhifə
  • Media
  • Press-reliz
12.06.25

Əməyin mühafizəsi ilə bağlı növbəti maarifləndirmə tədbirləri Ağdam rayonunda keçirilib

×

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində “Əməyin Mühafizəsi Mərkəzi” publik hüquqi şəxsin təşkilatçılığı ilə növbəti maarifləndirmə tədbirləri Ağdam rayonunun mərkəzində, Ağdam Sənaye Parkında və Gövhərli kəndində keçirilib.

Bu tədbirlər işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən müəssisələrdə layiqli əməyin təmin olunmasına dövlət dəstəyinin davamı olaraq həyata keçirilir.

Ağdam rayonunda keçirilən növbəti maarifləndirmə tədbirlərində ümumilikdə 8 müəssisədən 789 rəhbər və işçi heyəti iştirak edib.

Mərkəz tərəfindən işəgötürənlərə əməyin mühafizəsi və iş yerlərinin attestasiyası sahəsində təqdim edilən xidmətlər barədə ətraflı məlumat verilib. Eyni zamanda, əməyin mühafizəsi sahəsində təsdiq edilmiş yeni dövlət standartlarının tələbləri və tətbiq sahələri ilə bağlı məlumatlar işəgötürənlərin diqqətinə çatdırılıb.

Tədbirlər zamanı iştirakçılar dövlətin layiqli əmək siyasəti, əmək qanunvericiliyinin əsas tələbləri, iş yerlərində təhlükəsizlik standartları və mina təhlükəsizliyi qaydaları barədə ətraflı şəkildə məlumatlandırılıblar.

Maarifləndirmə tədbirləri çərçivəsində iştirakçılara yaddaş kitabçaları, bukletlər və digər təlimat xarakterli materiallar təqdim olunub, həmçinin onların sualları cavablandırılıb.

Tədbirlərdə Dövlət Əmək Müfəttişliyi Xidməti tabeliyində "Əməyin Mühafizəsi Mərkəzi" publik hüquqi şəxs, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi, Beynəlxalq Avrasiya Mətbuat Fondu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndələri iştirak edib, fəaliyyət istiqamətləri üzrə maarifləndirmə işi aparıblar.

Qeyd edək ki, maarifləndirmə tədbirlərinin cari ildə digər azad edilmiş ərazilərdə də keçirilməsi nəzərdə tutulur.

Paylaş:

  • LinkedIn
  • Facebook
  • Whatsapp
  • Telegram

Əmək hüquqlarınızın müdafiəsi üçün yaradılmış (+994 10) 525 55 45 WhatsApp nömrəsinə yaza bilərsiniz.

Ünvan: Bakı şəhəri, Svetlana Məmmədova küç., 107

Telefon: 142 - Çağrı mərkəzi (010) 525 55 45

Elektron poçt: demx@sosial.gov.az

Bütün hüquqlar qorunur | © Dövlət Əmək Müfəttişliyi Xidməti