4 nömrəli Bakı Peşə Liseyinin müəllim və tələbələrinə əməyin təhlükəsizliyi ilə bağlı təlim keçirilib.
Təlimin keçirilməsinin əsas məqsədi müxtəlif peşələr üzrə təhsil alan tələbələrin bu sahədə bilik və bacarıqlarının artırılması və əməyin mühafizəsi sahəsində məlumatlı kadrlar yetişdirməklə əmək şəraitinin inkişafına dəstək verməkdən ibarətdir.
Təlimdə Dövlət Əmək Müfəttişliyi Xidməti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Xidmətin tabeliyindəki Əməyin Mühafizəsi Mərkəzinin nümayəndələri təqdimatla çıxış ediblər.
İştirakçılara əməyin təhlükəsizliyi üzrə qanunvericiliyin tələbləri izah edilib, istehsalat qəzaları zamanı ilkin yardım, yanğın təhlükəsizliyi və digər mövzular barədə ətraflı məlumatlar verilib.
Sonda müvafiq mövzular ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.
Təlimlərin davam etdirilməsi nəzərdə tutulur.