İşəgötürənlər tərəfindən 2023-cü ilin birinci rübündə ödənilməsi gecikdirilən 115 min manatdan çox məbləğdə ödənclər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən görülən tədbirlər nəticəsində işçilərə ödənilib. Həmin vəsaitin 95,4%-i əmək haqları, qalan hissəsi isə zərərə görə ödənclər, mavinət və kompensassiyalar olub.
Həmçinin DƏMX əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verilən 26 işçinin yenidən əvvəlki işlərinə bərpa olunmasına nail olub. Onlarla bağlı yol verilmiş qanun pozuntularının aradan qaldırılması təmin edilib.
Qeyd edək ki, birinci rüb ərzində DƏMX tərəfindən 2509 sayda ərizə (şikayət) araşdırılıb, 2079 məktuba (sorğu) baxılıb. Eyni zamanda Xidmətin rəhbər və vəzifəli şəxsləri tərəfindən 1914 vətəndaş fərdi qaydada qəbul edilib.