✕
(010) 525 55 45 | 142
AZ
  • AZ
  • EN
  • Nazirlik
    • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
    • Dövlət Əmək Müfəttişliyi Xidməti
    • DOST Agentliyi
    • Dövlət Məşğulluq Agentliyi
    • Sosial Xidmətlər Agentliyi
    • Dövlət Sosial Müdafiə Fondu
    • Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya
    • Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi
    • DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi
  • Müfəttişlik
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Əsasnamə
    • Strateji məqsədlər
    • İşə qəbul
    • Hesabatlar
  • Xidmətlər
    • Əmək müqaviləsi bildirişinin qeydiyyata alınması və bu barədə işəgötürənə və işçilərə məlumat verilməsi
    • Yeni və ya yenidən qurulmuş müəssisələrin, obyektlərin, istehsalat vasitələrinin əməyin mühafizəsi tələblərinə uyğunluğunu təyin edən sertifikat-pasportun verilməsi
    • İşəgötürənlərə və işçilərə əmək qanunvericiliyinin tətbiqi barədə metodiki kömək göstərilməsi
    • Müəssisə və təşkilatlarda əməyin mühafizəsi xidmətlərinin yenidən təşkili və ya ləğv edilməsinə razılıq verilməsi
    • Əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi
    • İstehsalatda baş verən bədbəxt hadisələr barədə məlumatların qəbulu və bu hadisələrin təhqiqatının aparılması
    • Əmək münasibətləri sahəsi üzrə arayışların verilməsi
  • Qanunvericilik
    • Konstitusiya
    • Məcəllələr
    • Qanunlar
    • Fərmanlar
    • Qərarlar
    • Sərəncamlar
    • Qaydalar
  • Media
    • Press-reliz
    • Elanlar
    • Fotoqalereya
    • Videoqalereya
    • Çap məhsulları
    • “DOST Müfəttiş” layihəsi
  • Sual-cavab
  • Əlaqə
  • Bloq
    • İşçilər üçün
    • İşəgötürənlər üçün
  • Ana səhifə
  • Media
  • Press-reliz
08.05.23

“Heydər Əliyev İli”nə həsr olunmuş “Əmək hüquqları” təlim proqramının yekun tədbiri keçirilib

×

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Nazirliyin tabeliyindəki DOST Agentliyinin birgə layihəsi (“DOST to DOST”) çərçivəsində  “Heydər Əliyev İli”nə həsr olunmuş “Əmək hüquqları” adlı təlim proqramının yekun tədbiri keçirilib.

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində təşkil olunan tədbir təlim proqramı çərçivəsində görülən işlərin hesabatına dair videoçarxın nümayişi ilə başlayıb.

Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olan Ümummilli Lider Heydər Əliyevin sosial inkişaf strategiyasının uğurlarını diqqətə çatdırıb.  Qeyd olunub ki, Ulu Öndərin tapşırıqları əsasında əmək və məşğulluq sahəsində qanunvericilik bazası, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən dövlət qurumu, yəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Dövlət Əmək Müfəttişliyi - hazırda Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti yaradılıb. Ümummilli Lider Heydər Əliyevin Heydər Əliyevin uğurlu daxili və xarici siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə yüksək səviyyədə davam və inkişaf etdirilməsi nəticəsində Azərbaycanın əldə etdiyi tarixi nailiyyət və qələbələr qeyd edilib.

Sosial müdafiə sisteminin gücləndirilməsi, aktiv məşğulluq proqramlarının genişləndirilməsi sahəsində əldə olunan irəliləyişlər diqqətə çatdırılıb. Həmçinin əmək hüquqlarının təminatına dövlət nəzarəti mexanizminin təkmilləşdirilməsi istiqamətində aparılan islahatlardan bəhs olunub. Bu sahədə də e-texnologiyaların geniş tətbiq edildiyi, ötən il istifadəyə verilən “Əmək və Məşğulluq” altsisteminin əhəmiyyəti vurğulanıb.

“Əmək hüquqları” adlı təlim proqramının gənclərimizin, o cümlədən gənc könüllülərimizin əmək hüquqları və əmək qanunvericiliyinin tələbləri barədə maarifləndirilməsində önəmi vurğulanıb.

Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev və Nazirliyin tabeliyindəki DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov çıxış ediblər. Bu kimi tədbirlərin gənclərin əməyin mühafizəsi sahəsində məlumatlılığının artırılmasında əhəmiyyəti qeyd edilib. Bildirilib ki, təlim proqramında “Könülü DOST” proqramının könüllüləri iştirak edib. Onlara əməyin mühafizəsi, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması ilə bağlı qaydalar barədə məlumatlar verilib. Müvafiq mövzuda praktiki biliklərə də yiyələnmələri üçün onların əməyin mühafizəsi sahəsində nümunəvi təcrübəyə malik şirkətin iş sahəsinə info-turu təşkil olunub.

Tədbirdə  DOST İinklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin orkestrinin müşaiyəti ilə müsiqili kompozisiya təqdim olunub. Könüllülərin təlim prosesində əldə etdikləri biliklərin qiymətləndirilməsi üçün “sosial-teatr” formatında qrup şəklində müsabiqə keçirilərək qaliblər müəyyən edilib.  Təlim proqramı iştirakçıları olan könüllülərə sertifikat və hədiyyələr, təlimçi və təşkilatçılara təşəkkürnamələr təqdim olunub.

Paylaş:

  • LinkedIn
  • Facebook
  • Whatsapp
  • Telegram

Əmək hüquqlarınızın müdafiəsi üçün yaradılmış (+994 10) 525 55 45 WhatsApp nömrəsinə yaza bilərsiniz.

Ünvan: Bakı şəhəri, Svetlana Məmmədova küç., 107

Telefon: 142 - Çağrı mərkəzi (010) 525 55 45

Elektron poçt: demx@sosial.gov.az

Bütün hüquqlar qorunur | © Dövlət Əmək Müfəttişliyi Xidməti