Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Mil-Muğan regional şöbəsi tərəfindən “Uşaq Hüquqları Aylığı” çərçivəsində İmişli şəhər 7 nömrəli tam orta məktəbdə maarifləndirmə tədbiri keçirilib.
120-dən çox şagirdin iştirak etdiyi tədbirdə uşaqların əmək hüquqları, bu sahədə qanunvericiliyin tələbləri, eləcə də uşaq əməyinin istismarının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib.
Tədbirdə uşaq əməyinin istismarına qarşı mübarizənin əhəmiyyəti vurğulanıb, məcburi əmək və insan alverinin qarşısının alınmasında birgə fəaliyyətin və maarifləndirmə işlərinin vacibliyi qeyd olunub.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, şagirdlərin sualları cavablandırılıb.