✕
(010) 525 55 45 | 142
AZ
  • AZ
  • EN
  • Nazirlik
    • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
    • Dövlət Əmək Müfəttişliyi Xidməti
    • DOST Agentliyi
    • Dövlət Məşğulluq Agentliyi
    • Sosial Xidmətlər Agentliyi
    • Dövlət Sosial Müdafiə Fondu
    • Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya
    • Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi
    • DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi
  • Müfəttişlik
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Əsasnamə
    • Strateji məqsədlər
    • İşə qəbul
    • Hesabatlar
  • Xidmətlər
    • Yeni və ya yenidən qurulmuş müəssisələrin, obyektlərin, istehsalat vasitələrinin əməyin mühafizəsi tələblərinə uyğunluğunu təyin edən sertifikat-pasportun verilməsi
    • İşəgötürənlərə və işçilərə əmək qanunvericiliyinin tətbiqi barədə metodiki kömək göstərilməsi
    • Müəssisə və təşkilatlarda əməyin mühafizəsi xidmətlərinin yenidən təşkili və ya ləğv edilməsinə razılıq verilməsi
    • Əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi
    • İstehsalatda baş verən bədbəxt hadisələr barədə məlumatların qəbulu və bu hadisələrin təhqiqatının aparılması
    • Əmək münasibətləri sahəsi üzrə arayışların verilməsi
  • Qanunvericilik
    • Konstitusiya
    • Məcəllələr
    • Qanunlar
    • Fərmanlar
    • Qərarlar
    • Sərəncamlar
    • Qaydalar
  • Media
    • Press-reliz
    • Elanlar
    • Fotoqalereya
    • Videoqalereya
    • Çap məhsulları
    • “DOST Müfəttiş” layihəsi
  • Sual-cavab
  • Əlaqə
  • Bloq
    • İşçilər üçün
    • İşəgötürənlər üçün
  • Ana səhifə
  • Media
  • Press-reliz
25.05.26

İş yerlərində gender bərabərliyinin təşviqinə həsr olunan tədbir keçirilib

×

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında “İş yerlərində gender bərabərliyinin təşviqi” mövzusunda tədbir təşkil olunub.

Tədbirdə çıxış edən AHİK sədrinin müavini Musa Mirzəyev ölkəmizdə insan hüquq və azadlıqlarının təmin olunması, gender bərabərliyinin təşviqi və qadınların cəmiyyətdə rolunun gücləndirilməsi istiqamətində görülən işlərdən bəhs edib. O, Azərbaycan qadınının ictimai nüfuzunun yüksəldilməsində Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi xidmətlərini vurğulayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Nərmin Mirzəyeva çıxışında iş yerində gender bərabərliyinin sağlam və ədalətli əmək mühitinin formalaşdırılması baxımından vacibliyini qeyd edib. O, son illərdə qadınların əmək bazarında iştirakının artırılması və əmək münasibətlərində ayrı-seçkiliyin qarşısının alınması istiqamətində mühüm islahatların aparıldığını bildirib. Xidmətin bu sahədə maarifləndirmə tədbirlərini və qanunvericiliyin tələblərinə əməl olunmasına nəzarəti davam etdirdiyi diqqətə çatdırılıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Ceyran Rəhmətullayeva, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin sədri Hikmət Nəbiyev, Fövqəladə Hallar Nazirliyi İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Mehman İsmayılov və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru vəzifələrini icra edən Fərid Babayev çıxışlarında gender siyasəti, qadınların sosial-iqtisadi həyatda fəal iştirakı və bu istiqamətdə yaradılan imkanlar barədə fikirlərini bölüşüblər.

Tədbirə onlayn formatda qoşulan BƏT-in gender məsələləri üzrə mütəxəssisi Özgə Bərbər Agtaş gender bərabərliyinin inklüziv və dayanıqlı əmək münasibətlərinin formalaşmasındakı əhəmiyyətindən danışıb, Azərbaycanda bu sahədə görülən işləri qeyd edib.

Sonda “Gender bərabərliyi: ailə, əmək bazarı və milli inkişafın strateji gündəliyi” mövzusunda təqdimat edilib və mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:

  • LinkedIn
  • Facebook
  • Whatsapp
  • Telegram

Əmək hüquqlarınızın müdafiəsi üçün yaradılmış (+994 10) 525 55 45 WhatsApp nömrəsinə yaza bilərsiniz.

Ünvan: Bakı şəhəri, Svetlana Məmmədova küç., 107

Telefon: 142 - Çağrı mərkəzi (010) 525 55 45

Elektron poçt: demx@sosial.gov.az

Bütün hüquqlar qorunur | © Dövlət Əmək Müfəttişliyi Xidməti