Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən İsmayıllıda işəgötürənlər üçün maarifləndirici tədbir keçirilib.
Tədbir “İş vaxtının növləri, iş vaxtının rejimi və iş vaxtından artıq vaxtda işin tənzimlənməsi qaydaları”, “İş yerlərində əməyin mühafizəsi” " mövzularını əhatə edib.
Tədbirdə Xidmətin Dağlıq Şirvan regional şöbəsini əhatə edən rayonlar üzrə dövlət və özəl sektora aid müəssisə və təşkilatların nümayəndələri, Nazirliyin strukturuna daxil olan region üzrə digər qurumlarının, həmçinin ictimai birliklərin əməkdaşları iştirak ediblər.
Görüş zamanı qonaqlara müvafiq mövzular üzrə milli qanunvericiliyin norma və tələbləri barədə ətraflı məlumat verilib.
Əməyin Mühafizəsi Mərkəzinin gördüyü işlər barədə ətraflı məlumat qonaqların diqqətinə çatdırılıb və qurum haqqında ətraflı məlumat verib. Bildirilib ki, Mərkəz əmək hüquqları, əməyin mühafizəsi və təhlükəsizliyi sahəsində məsləhət xidmətləri göstərməklə, əməyin mühafizəsi üzrə standard, norma və qaydaların müəssisələrdə tətbiqinə mühüm dəstək göstərir.