Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Dağlıq Şirvan regional şöbəsi tərəfindən İsmayıllı şəhər Heydər Əliyev Mərkəzində işəgötürənlər üçün maarifləndirmə tədbiri keçirilib.
Tədbir “Uşaqların əmək hüquqları, məcburi əmək və insan alverinin qarşısının alınması” və “İş yerlərində əməyin mühafizəsi” mövzularına həsr olunub.
Maarifləndirmə tədbirində Nazirliyin tabeliyindəki qurumların nümayəndələri, eləcə də 100-ə yaxın işəgötürən və onların nümayəndələri iştirak ediblər.
Tədbir zamanı iştirakçılara uşaqların əmək hüquqları, məcburi əməyin və insan alverinin qarşısının alınması, eləcə də iş yerlərində əməyin mühafizəsinin təşkili ilə bağlı məlumat verilib. Həmçinin əməyin mühafizəsi sahəsində qanunvericilik, təhlükəsizlik qaydaları, iş yerlərinin attestasiyası və dövlət standartları barədə ətraflı izahat təqdim olunub.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.