İsmayıllı Dövlət Peşə Təhsili Mərkəzində uşaqların əmək hüquqlarının qorunması və uşaq əməyinin istismarının qarşısının alınması mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbir “Uşaq Hüquqları Aylığı” çərçivəsində təşkil olunub. Görüşdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin Dağlıq Şirvan regional şöbəsinin, İsmayıllı Rayon Polis Şöbəsinin və İsmayıllı Rayon Prokurorluğunun əməkdaşları, eləcə də işəgötürənlər, məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak ediblər.
Tədbirdə uşaq əməyinin istismarına qarşı mübarizənin əhəmiyyəti, uşaqların əmək hüquqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlər, eləcə də məcburi əmək və insan alverinin qarşısının alınması üçün birgə fəaliyyətin vacibliyi vurğulanıb.