Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə birgə əməyin mühafizəsinə dair növbəti maarifləndirici görüş keçirilib.
Laçın rayonunun Zerti kəndində baş tutan görüşdə həmin ərazilərdə fəaliyyət göstərən 8 MMC-nin 70 nəfərədək rəhbər və işçi heyəti üçün “İş yerlərində əməyin mühafizəsi” və "Mina təhlükəsizliyi" mövzularında ətraflı məlumat verilib. Tədbir müddətində qarşı tərəfi maraqlandıran müxtəlif suallar cavablandırılıb. Onlara əməyin mühafizəsinə dair yaddaş kitabçası və mina təhlükəsinə qarşı bukletlər təqdim edilib.
Birgə təlimlərin işğaldan azad olunmuş digər ərazilərimizdə də mütəmadi təşkil edilməsi nəzərdə tutulur.