Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Laçında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə birgə əməyin mühafizəsinə dair növbəti maarifləndirici görüşlər keçirib.
Görüşlər Laçın rayonunun mərkəzində və Qarıkaha kəndində baş tutub. Tədbirdə həmin ərazilərdə fəaliyyət göstərən 16 MMC-nin 130 nəfərədək rəhbər və işçi heyəti iştirak edib. Onlara “İş yerlərində əməyin mühafizəsi” və "Mina təhlükəsizliyi" mövzularında ətraflı məlumat verilib.
Tədbir müddətində qarşı tərəfi maraqlandıran müxtəlif suallar cavablandırılıb. Onlara əməyin mühafizəsinə dair yaddaş kitabçası və mina təhlükəsinə qarşı bukletlər təqdim edilib.
İşğaldan azad olunmuş digər ərazilərdə təlimlərin keçirilməsinin mütəmadi olması nəzərdə tutulur.