Lənkəran şəhər 4 nömrəli tam orta məktəbdə “Uşaqların əmək hüquqları, məcburi əmək və insan alverinin qarşısının alınması” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin Lənkəran-Astara regional şöbəsinin, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin, həmçinin məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak ediblər.
Tədbirdə uşaq əməyinin istismarına qarşı mübarizənin əhəmiyyəti və uşaqların əmək hüquqlarının qorunması ilə bağlı görülən işlərdən bəhs edilib. Bundan əlavə, məcburi əməyin və insan alverinin qarşısının alınması üçün birgə tədbirlərin görülməsinin vacibliyi vurğulanıb.
Qeyd edək ki, tədbir “İnsan hüquqları aylığı” çərçivəsində, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyanın 2025-ci il üçün Tədbirlər Planı”nın icrasının təmin edilməsi barədə” əmrinin icrası ilə bağlı təşkil olunub.