Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin təşkilatçılığı ilə Lənkəranda işəgötürənlər üçün “ƏMAS-ın imkanları və yeniliklər”, “İş yerlərində əməyin mühafizəsi” mövzularında maarifləndirmə tədbiri keçirilib.
Tədbir zamanı Dövlət Əmək Müfəttişliyi Xidmətinin Lənkəran-Astara regional şöbəsinin əməkdaşı “Əmək və Məşğulluq” altsisteminin imkanları barədə çıxış edərək altsistemin funksionallığı və bu istiqamətdə tətbiq edilən yenilikləri iştirakçıların diqqətinə çatdırıb.
Daha sonra iştirakçılara müəssisələrdə əməyin mühafizəsi üzrə norma və qaydaların tətbiqi, qəbul edilmiş yeni standartların əhatə etdiyi sahələr, eləcə də Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.
Görüşdə dövlət və qeyri-dövlət müəssisəsini təmsil edən 120 nümayəndə iştirak edib, onları maraqlandıran suallar cavablandırılıb.