✕
| "142" Çağrı mərkəzi
AZ
  • AZ
  • EN
  • Nazirlik
    • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
    • Dövlət Əmək Müfəttişliyi Xidməti
    • DOST Agentliyi
    • Dövlət Məşğulluq Agentliyi
    • Sosial Xidmətlər Agentliyi
    • Dövlət Sosial Müdafiə Fondu
    • Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya
    • Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi
    • DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi
  • Müfəttişlik
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Əsasnamə
    • Strateji məqsədlər
    • İşə qəbul
    • Hesabatlar
  • Xidmətlər
    • Yeni və ya yenidən qurulmuş müəssisələrin, obyektlərin, istehsalat vasitələrinin əməyin mühafizəsi tələblərinə uyğunluğunu təyin edən sertifikat-pasportun verilməsi
    • İşəgötürənə və işçilərə əmək qanunvericiliyinin tətbiqi, o cümlədən elektron əmək müqaviləsinin bağlanılması, onda dəyişiklik edilməsi və ya xitam verilməsi ilə bağlı metodiki kömək göstərilməsi
    • İş yerlərində əməyin mühafizəsi xidmətlərinin yenidən təşkilinə və ya ləğv edilməsinə razılıq verilməsi
    • Əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi
    • İstehsalatda baş verən bədbəxt hadisələr barədə məlumatların qəbulu
    • Əmək münasibətləri sahəsi üzrə arayışların verilməsi
    • İş yerlərinin attestasiyasının keçirilməsinə hazırlıq üzrə məsləhət və metodiki dəstək xidmətlərinin göstərilməsi
    • Əməyin mühafizəsi sahəsində təlimlərin keçirilməsi
    • Əmək qanunvericiliyinə əməl olunması üzrə təchizatçının uyğunluq göstəricisinə dair dövlət nəzarəti orqanı tərəfindən arayışın verilməsi
  • Qanunvericilik
    • Konstitusiya
    • Məcəllələr
    • Qanunlar
    • Fərmanlar
    • NK Qərar və Sərəncamları
    • Prezidentin Sərəncamları
  • Media
    • Press-reliz
    • Fotoqalereya
    • Videoqalereya
    • Çap məhsulları
    • “DOST Müfəttiş” layihəsi
  • Sual-cavab
  • Əlaqə
  • Ana səhifə
  • Media
  • Press-reliz
13.11.26

Lənkəranda əmək münasibətlərində gender bərabərliyi, ƏMAS-ın imkanları və əməyin mühafizəsinə dair maarifləndirmə tədbiri keçirilib

×

Lənkəran Şəhər Mədəniyyət Mərkəzində işəgötürənlər üçün əmək münasibətlərində gender bərabərliyi, “ƏMAS-ın imkanları” və “İş yerlərində əməyin mühafizəsi” mövzularında maarifləndirmə tədbiri keçirilib.

Tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin və Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə ölkənin 14 iqtisadi rayonunu əhatə edən “Əmək münasibətlərində gender bərabərliyi – bərabər hüquqlar, bərabər imkanlar” kampaniyası çərçivəsində keçirilib.

Tədbirdə Nazirliyin və onun tabeliyindəki qurumların nümayəndələri, eləcə də dövlət və özəl sektoru təmsil edən 60 müəssisə, idarə və təşkilatın 110 nümayəndəsi iştirak edib. İştirakçıların müəyyənləşdirilməsi zamanı “Əmək və məşğulluq” altsistemində (ƏMAS) aparılmış təhlillər əsasında qadınların nisbətən az təmsil olunduğu iqtisadi fəaliyyət sahələrində çalışan müəssisələrə xüsusi diqqət yetirilib.

Tədbir çərçivəsində əmək qanunvericiliyi sahəsində son illərdə həyata keçirilmiş islahatlar, Əmək Məcəlləsində nəzərdə tutulan güzəştlər, imtiyazlar və əlavə təminatlar, Dövlət Məşğulluq Agentliyinin işəgötürənlərə təqdim etdiyi xidmətlər, habelə Azərbaycanın Bərabər əməkhaqqı üzrə Beynəlxalq Koalisiyaya (EPIC) qoşulması ilə bağlı görülmüş işlər barədə məlumat verilib.

Həmçinin iştirakçılara ƏMAS-ın imkanları, o cümlədən əmək müqavilələrinin elektron formada bağlanması, əmək müqaviləsi bildirişlərinin sistemə vaxtında daxil edilməsi, eləcə də işçilərin öz əmək müqavilələri və əmək fəaliyyəti barədə məlumatları sistem vasitəsilə əldə etməsi barədə ətraflı izahat verilib. Əmək münasibətlərinin ƏMAS vasitəsilə rəsmiləşdirilməsinin həm işçilərin hüquqlarının qorunması, həm də işəgötürənlərin fəaliyyətində şəffaflığın təmin edilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Əməyin mühafizəsi mövzusu üzrə isə bu sahədə qanunvericiliyin tələbləri, Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyəti, əməyin mühafizəsi normaları, qaydaları və prinsipləri, iş yerlərinin attestasiyasının keçirilməsi qaydaları və dövlət standartları barədə iştirakçılara ətraflı izahat verilib.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

Paylaş:

  • LinkedIn
  • Facebook
  • Whatsapp
  • Telegram

Əmək hüquqlarınızın müdafiəsi üçün yaradılmış (+994 10) 525 55 45 WhatsApp nömrəsinə yaza bilərsiniz.

Ünvan: Bakı şəhəri, Svetlana Məmmədova küç., 107

Telefon: "142" Çağrı mərkəzi - Çağrı mərkəzi

Elektron poçt: demx@sosial.gov.az

Bütün hüquqlar qorunur | © Dövlət Əmək Müfəttişliyi Xidməti