Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Lənkəranda işəgötürənlər üçün maarifləndirici tədbir keçirilib.
Tədbir “Qeyri-formal məşğulluğun qarşısının alınması" və "İş yerlərində əməyin mühafizəsi" mövzularını əhatə edib.
Tədbirdə Xidmətin Lənkəran-Astara regional şöbəsini əhatə edən rayonlar üzrə dövlət və özəl sektora aid müəssisə və təşkilatların nümayəndələri, Nazirliyin strukturuna daxil olan region üzrə digər qurumlarının, həmçinin ictimai birliklərin əməkdaşları iştirak ediblər.
Görüş zamanı qonaqlara müvafiq mövzular üzrə milli qanunvericiliyin norma və tələbləri barədə ətraflı məlumat verilib.
Əməyin Mühafizəsi Mərkəzinin gördüyü işlər barədə ətraflı məlumat qonaqların diqqətinə çatdırılıb və qurum haqqında ətraflı məlumat verib. Bildirilib ki, Mərkəz əmək hüquqları, əməyin mühafizəsi və təhlükəsizliyi sahəsində məsləhət xidmətləri göstərməklə, əməyin mühafizəsi üzrə standard, norma və qaydaların müəssisələrdə tətbiqinə mühüm dəstək göstərir.
Sonda işəgötürənləri maraqlandıran suallar cavablandırılıb.