Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları Lənkəranda Vətən müharibəsi şəhidləri Həbibov Araz Namik oğlunun, İbadov Aqşin Nazim oğlunun və Qənbərzadə Heydər Ağahüseyn oğlunun ailələrini ziyarət ediblər.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən İbadov Aqşin "Rəşadət" ordeni, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları, Qənbərzadə Heydər "Vətən uğrunda", Şuşanın azad olunmasına görə", Həbibov Araz “Vətən uğrunda” medalı ilə təltif edilib.
Ailələr ilə söhbət zamanı şəhidlərin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub, onların xatirəsinin əbədi olaraq yaşayacağı vurğulanıb. Xidmət əməkdaşları ailələrin sosial vəziyyəti ilə maraqlanıb.
Şəhidlərin ailələrinin sosial vəziyyətinin bundan sonra da həmişə diqqətdə saxlanacağı vurğulanıb.