Lənkəran Mədəniyyət Mərkəzində “Uşaqların əmək hüquqları”, “Məcburi əmək və insan alverinin qarşısının alınması” mövzularında maarifləndirici tədbir keçirilib.
“Uşaq Hüquqları Aylığı” çərçivəsində təşkil olunan tədbirdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin Lənkəran-Astara regional şöbəsinin, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) Cənub Regional Mərkəzinin və regionun hüquq-mühafizə orqanlarının nümayəndələri, həmçinin 300-ə yaxın işəgötürən iştirak edib.
Çıxış edənlər uşaq əməyinin istismarına qarşı mübarizənin əhəmiyyətini vurğulayıb, uşaqların əmək hüquqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat veriblər. Eyni zamanda məcburi əmək və insan alverinin qarşısının alınması üzrə dövlət qurumları və işəgötürənlər arasında birgə fəaliyyətin vacibliyi xüsusi qeyd edilib.
Tədbirin sonunda işəgötürənlərin əmək qanunvericiliyi ilə bağlı sualları cavablandırılıb.