✕
(010) 525 55 45 | 142
AZ
  • AZ
  • EN
  • Nazirlik
    • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
    • Dövlət Əmək Müfəttişliyi Xidməti
    • DOST Agentliyi
    • Dövlət Məşğulluq Agentliyi
    • Sosial Xidmətlər Agentliyi
    • Dövlət Sosial Müdafiə Fondu
    • Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya
    • Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi
    • DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi
  • Müfəttişlik
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Əsasnamə
    • Strateji məqsədlər
    • İşə qəbul
    • Hesabatlar
  • Xidmətlər
    • Əmək müqaviləsi bildirişinin qeydiyyata alınması və bu barədə işəgötürənə və işçilərə məlumat verilməsi
    • Yeni və ya yenidən qurulmuş müəssisələrin, obyektlərin, istehsalat vasitələrinin əməyin mühafizəsi tələblərinə uyğunluğunu təyin edən sertifikat-pasportun verilməsi
    • İşəgötürənlərə və işçilərə əmək qanunvericiliyinin tətbiqi barədə metodiki kömək göstərilməsi
    • Müəssisə və təşkilatlarda əməyin mühafizəsi xidmətlərinin yenidən təşkili və ya ləğv edilməsinə razılıq verilməsi
    • Əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi
    • İstehsalatda baş verən bədbəxt hadisələr barədə məlumatların qəbulu və bu hadisələrin təhqiqatının aparılması
    • Əmək münasibətləri sahəsi üzrə arayışların verilməsi
  • Qanunvericilik
    • Konstitusiya
    • Məcəllələr
    • Qanunlar
    • Fərmanlar
    • Qərarlar
    • Sərəncamlar
    • Qaydalar
  • Media
    • Press-reliz
    • Elanlar
    • Fotoqalereya
    • Videoqalereya
    • Çap məhsulları
    • “DOST Müfəttiş” layihəsi
  • Sual-cavab
  • Əlaqə
  • Bloq
    • İşçilər üçün
    • İşəgötürənlər üçün
  • Ana səhifə
  • Media
  • Press-reliz
08.12.25

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının 120 illik yubileyi qeyd edilib

×

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı olan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının (MİHİ) yaradılmasının 120 illik yubileyinə həsr olunmuş “Həmkarlarla 120 il” tədbiri keçirilib. Tədbirdə ölkənin əmək, mədəniyyət və sosial sahələrində fəaliyyət göstərən qurumların nümayəndələri, həmçinin beynəlxalq qonaqlar iştirak ediblər.

AHİK sədri Sahib Məmmədov çıxışında həmkarlar ittifaqlarının tarixi inkişaf yolundan və ölkənin ictimai həyatında rolundan danışıb. O, dövlətin mədəniyyət, elm, təhsil və idman sahələrinə göstərdiyi dəstəyin Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırıldığını və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib.

Konfederasiya tərəfindən əmək hüquqlarının müdafiəsi, layiqli əmək şəraitinin təmin olunması, üzvlərin sağlamlığı, istirahəti və rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələr barədə məlumat verilib.

Mədəniyyət nazirinin müavini Fərid Cəfərov həmkarlar ittifaqlarının fəaliyyətini yüksək qiymətləndirərək, mədəniyyət, media və idman sahəsində çalışan əməkdaşların hüquqlarının qorunmasında MİHİ-nin rolunu vurğulayıb. Milli Məclisin sədr müavini Rafael Hüseynov, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc və Xalq yazıçısı Çingiz Abdullayev çıxışlarında mədəniyyət işçilərinin ölkənin inkişafında mühüm rolunu diqqətə çatdırıblar.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Nərmin Mirzəyeva əmək münasibətlərinin tənzimlənməsində yeniliklər, yeni qanunvericilik aktları və rəqəmsal həllər barədə təqdimatla çıxış edib. O, “Əmək və Məşğulluq” altsisteminin əhəmiyyətini, proaktiv nəzarət, elektron audit və risk modelinin tətbiqi ilə bağlı məlumat verib.

Tədbirdə Qazaxıstan və Özbəkistan həmkar ittifaqlarının nümayəndələri də iştirak edərək əmək münasibətlərinin inkişafında beynəlxalq əməkdaşlığın önəmini vurğulayıblar.

Yubiley çərçivəsində AHİK və MİHİ tərəfindən həyata keçirilən layihələri əks etdirən videotəqdimatlar nümayiş olunub, mədəniyyət və incəsənət nümayəndələrinin iştirakı ilə bədii hissə təşkil edilib.

Tədbirin davamında sosial dialoqun inkişafına həsr olunmuş iki panel müzakirəsi keçirilib. Dövlət qurumları, həmkarlar ittifaqları və özəl sektorun təmsilçiləri əmək bazarının aktual məsələlərini, sosial tərəfdaşlıq imkanlarını və işçi rifahının artırılması yollarını müzakirə ediblər.

“Həmkarlarla 120 il” yubiley tədbiri MİHİ-nin ölkənin mədəni həyatında, işçi hüquqlarının müdafiəsində və həmkar həmrəyliyinin gücləndirilməsində mühüm rolunu bir daha təsdiqləyib. Qeyd edilib ki, təşkilatın əsası 1905-ci ildə “Çapçılar İttifaqı” kimi qoyulub və bu gün mədəniyyət, incəsənət, media və idman sahəsində çalışan əməkdaşların sosial-iqtisadi hüquqlarının müdafiəsində 120 illik zəngin təcrübəyə malikdir.

Paylaş:

  • LinkedIn
  • Facebook
  • Whatsapp
  • Telegram

Əmək hüquqlarınızın müdafiəsi üçün yaradılmış (+994 10) 525 55 45 WhatsApp nömrəsinə yaza bilərsiniz.

Ünvan: Bakı şəhəri, Svetlana Məmmədova küç., 107

Telefon: 142 - Çağrı mərkəzi (010) 525 55 45

Elektron poçt: demx@sosial.gov.az

Bütün hüquqlar qorunur | © Dövlət Əmək Müfəttişliyi Xidməti