Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin təşkilatçılığı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Elm və Təhsil Nazirliyinin dəstəyi ilə “Uşaq hüquqları aylığı” çərçivəsində məktəblərdə “Uşaqların əmək hüququ” mövzusunda təlimlərə başlanılıb.
Bakı və Sumqayıt şəhərlərində yerləşən internat məktəblərinin şagirdlərinə əmək qanunvericiliyinin tələbləri, 15-18 yaş arası şəxslər üçün əmək müqaviləsinin bağlanılması qaydaları, iş şəraitinin şərtləri, onlar üçün nəzərdə tutulan təminat və güzəştlər barədə təlim təşkil olunub.
Təlim təqdimatlar vasitəsilə interaktiv formada keçirilib.
Sonda onları maraqlandıran suallar cavablandırılıb, mövzu barədə müzakirə aparılıb və maarifləndirici bukletlər təqdim edilib.
Qeyd edək ki, təlimlər İnsan Hüquqları üzrə Muvəkkilin (Ombudsman) elan etdiyi “Uşaq Hüquqları Aylığı” çərçivəsində (2023-cü il 20 oktyabr-20 noyabr) təşkil olunur.