Görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyət istiqamətləri, “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) və elektron nəzarət sistemləri, son yeniliklər və qarşıda duran hədəflər, həyata keçirilən innovativ layihələr barədə məlumat verilib.
Tərəfləri maraqlandıran suallar cavablandırılıb.
Sonda hər iki qurum arasında əməkdaşlığın genişləndirilməsi və inkişafı üçün növbəti mərhələdə atılacaq addımlar barədə razılığa gəlinib.