Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində “İş yerlərində əməyin mühafizəsi, texniki təhlükəsizlik, iş yerlərinin attestasiyası və işçilərin bədbəxt hadisələrdən icbari sığortası” mövzusunda maarifləndirici təlim təşkil olunub.
Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialının təşkilatçılığı ilə keçirilən təlimdə Nazirliyin 49 əməkdaşı iştirak edib.
Təlim çərçivəsində mütəxəssislər tərəfindən təqdimatlar nümayiş etdirilərək əməyin mühafizəsi sahəsində mövcud tələblər, sağlam və təhlükəsiz əmək şəraitinin təmin edilməsi, müəssisələrdə müvafiq norma və qaydaların tətbiqi, eləcə də bu sahədə yeni qəbul edilmiş standartlar barədə ətraflı məlumat verilib.
Eyni zamanda, Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyət istiqamətləri və göstərdiyi xidmətlər iştirakçıların diqqətinə çatdırılıb.
Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb, onları maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.