Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialının təşkilatçılığı ilə Naxçıvan Regional Peşə Hazırlığı Mərkəzində növbəti maarifləndirmə təlimi keçirilib.
“Aşpaz” peşə kursuna cəlb edilmiş müdavimlər üçün təşkil olunan təlim “Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğın və elektrik təhlükəsizliyi, istehsalatda bədbəxt hadisələr, işçilərin icbari sığortası və ilk yardım” mövzusuna həsr olunub.
Təlimdə 16 müdavim iştirak edib.
İştirakçılara əməyin mühafizəsinin əsas prinsipləri, texniki təhlükəsizlik, yanğın və elektrik təhlükəsizliyi qaydaları, istehsalatda bədbəxt hadisələrin qarşısının alınması, işçilərin icbari sığortası, eləcə də ilk yardım göstərilməsi barədə məlumat verilib.
Sonda mövzular ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.