Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialının təşkilatçılığı ilə Naxçıvan Regional Peşə Hazırlığı Mərkəzində növbəti maarifləndirmə təlimi keçirilib.
“Ərzaq və qeyri-ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar” ixtisası üzrə peşə kursuna cəlb edilmiş müdavimlər üçün təşkil olunan təlim “Əməyin mühafizəsi, texniki təhlükəsizlik, iş yerinin attestasiyası və işçilərin bədbəxt hadisələrdən icbari sığortası” mövzusuna həsr olunub.
Təlimdə 21 müdavim iştirak edib.
İştirakçılara əməyin mühafizəsinin əsas prinsipləri, texniki təhlükəsizlik qaydaları, iş yerlərinin attestasiyasının əhəmiyyəti, eləcə də işçilərin istehsalatda bədbəxt hadisələrdən icbari sığortası barədə məlumat verilib.
Sonda mövzular ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.