Naxçıvan Muxtar Respublikasında "Əmək və Məşğulluq“ altsisteminin (ƏMAS) tətbiqi ilə əlaqədar keçirilən növbəti tədbirlər Kəngərli rayonunda və Naxçıvan şəhərində baş tutub.
Görüşlərdə ötən ilin may ayında istifadəyə verilən, vahid əmək münasibətləri platforması olan ƏMAS-ın üstünlükləri, işçi və işəgötürənlər üçün faydaları diqqətə çatdırılıb. ƏMAS vasitəsilə əmək münasibətlərinə daimi nəzarətin və eyni zamanda bu e-sistem üzərindən işəgötürənlərə qanunvericilikdən irəli gələn tələblərlə bağlı məlumatların, izahların çatdırılması həyata keçirilib.
Naxçıvan Muxtar Respublikası Dövlət Əmək Müfəttişliyi Xidməti və Dövlət Məşğulluq Agentliyinin birgə təşkil etdiyi tədbirlərdə işəgötürən və onun nümayəndələrinin qarşılaşdıqları açıq suallar cavablandırılıb, müvafiq mövzular üzrə müzakirələr aparılıb.
Tədbirlərdə dövlət və qeyri-dövlət müəssisələrinin nümayəndələri, həmçinin rayonlarda yerləşən müəssisələrin işəgötürənləri iştirak ediblər.