Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmək bazarı üzrə işçi qrupunun “2024-cü il üzrə Fəaliyyət Planı”nın icrası çərçivəsində bölgələrdə əmək münasibətlərində gender bərabərliyinə dair keçirilən maarifləndirmə tədbirləri Naxçıvan Muxtar Respublikasında davam etdirilib.
Dövlət Əmək Müfəttişliyi Xidmətinin və Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbir “Əmək münasibətlərində gender bərabərliyi - bərabər hüquqlar, bərabər imkanlar” mövzusunda olub.
Keçirilən tədbirlərdə məqsəd əmək münasibətlərində gender bərabərliyinin təmin edilməsi, habelə qadınların əmək bazarında iştirak imkanlarının artırılması üçün əmək qanunvericiliyində edilmiş son dəyişikliklərlə bağlı məlumatlandırmanın aparılmasıdır.
Muxtar respublika üzrə 100-dək işəgötürənin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirlərdə qeyd edilən mövzularda məlumatlar verilib, iştirakçıların sualları cavablandırılıb.