Naxçıvan Muxtar Respublikasında maarifləndirmə təlimləri davam edir.
Təlimdə “İş yerlərində əməyin mühafizəsi, texniki təhlükəsizlik, iş yerlərinin attestasiyası və işçilərin bədbəxt hadisələrdən icbari sığortası” mövzusunda danışılıb.
Təlim Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialı və Naxçıvan Təlim Mərkəzinin təşkilatçılığı, həmçinin Naxçıvan Muxtar Respublikası Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşının iştirakı ilə baş tutub. Təlimdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi və tabeliyində fəaliyyət göstərən 30 müəssisənin 39 nümayəndəsi iştirak edib.
Təlimçilər təqdimatlarla çıxış edərək işçilərin əməyinin mühafizəsi, sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunması istiqamətində geniş məlumat veriblər. Həmçinin müəssisələrdə əməyin mühafizəsi üzrə norma və qaydaların tətbiqi, yeni standartların əhatə etdiyi sahələr, eləcə də Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyət istiqamətləri barədə iştirakçılar məlumatlandırılıb.
Sonda iştirakçıların sualları cavablandırılıb və onları maraqlandıran məsələlərə aydınlıq gətirilib.