Naxçıvan Muxtar Respublikasında məktəb direktorları üçün “İş yerlərində əməyin mühafizəsi, texniki təhlükəsizlik və iş yerlərinin attestasiyası” mövzusunda maarifləndirici təlim təşkil olunub.
Təlim Naxçıvan Regional Peşə Hazırlıq Mərkəzində keçirilib və Babək rayonunda fəaliyyət göstərən 35 ümumi təhsil müəssisəsinin rəhbəri tədbirdə iştirak edib.
Təlim çərçivəsində mütəxəssislər tərəfindən təqdimatlar nümayiş etdirilərək əməyin mühafizəsi tələbləri, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, müəssisələrdə müvafiq norma və qaydaların tətbiqi, eləcə də yeni qəbul edilmiş standartlar barədə ətraflı məlumat verilib.
Eyni zamanda, Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyət istiqamətləri iştirakçıların diqqətinə çatdırılıb.
Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb, onları maraqlandıran mövzular ətrafında geniş müzakirələr aparılıb.