Naxçıvanda “İş yerlərində əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi və ilk yardım” mövzusunda maarifləndirici təlim təşkil olunub.
Təlim Naxçıvan Regional Peşə Hazırlıq Mərkəzində satıcı və kassir kursu keçən 23 nəfər müdavimin iştirakı ilə baş tutub.
Təlimçilər təqdimatlarla çıxış edərək əməyin mühafizəsi tələbləri, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, müəssisələrdə müvafiq norma və qaydaların tətbiqi, eləcə də yeni qəbul edilmiş standartlar barədə geniş məlumat veriblər.
Bununla yanaşı, Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyət istiqamətləri də iştirakçıların diqqətinə çatdırılıb.
Təlimin sonunda suallar cavablandırılıb, iştirakçıları maraqlandıran mövzular ətrafında müzakirələr aparılıb.