Naxçıvanda “İş yerlərində əməyin mühafizəsi, texniki təhlükəsizlik və iş yerlərinin attestasiyası” mövzusunda növbəti maarifləndirici təlim təşkil olunub.
Təlim Naxçıvan şəhər İ.Səfərli adına 1 nömrəli tam orta məktəbdə 31 nəfərin iştirakı ilə baş tutub.
Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialı və “Naxçıvan Təlim Mərkəzi” publik hüquqi şəxs tərəfindən birgə təşkil olunan tədbirdə əməyin mühafizəsi tələbləri, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, müəssisələrdə müvafiq norma və qaydaların tətbiqi, eləcə də yeni qəbul edilmiş standartlar barədə iştirakçılara ətraflı məlumat verilib. Həmçinin Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyət istiqamətləri diqqətə çatdırılıb.
Təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.