Naxçıvan Regional Peşə Hazırlıq Mərkəzində dərzilik kursunda təhsil alan müdavimlər üçün “İş yerlərində əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi, ilk yardım və bədbəxt hadisələrdən icbari sığorta” mövzusunda maarifləndirici təlim təşkil olunub.
Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialı tərəfindən keçirilən təlimdə 26 nəfər iştirak edib. Təlim zamanı əməyin mühafizəsi tələbləri, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, müəssisələrdə müvafiq norma və qaydaların tətbiqi, eləcə də yeni qəbul edilmiş standartlar barədə iştirakçılara ətraflı məlumat verilib. Eyni zamanda, Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyət istiqamətləri diqqətə çatdırılıb.
Təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.