Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində Əməyin Mühafizəsi Mərkəzi tərəfindən növbəti maarifləndirmə tədbiri Bakı şəhəri 291 nömrəli Ekologiya liseyində keçirilib.
Tədbirdə məktəbin müəllim və şagird kollektivindən ibarət 60 nəfər iştirak edib.
Çıxışlar zamanı iştirakçılara əməyin mühafizəsinin əhəmiyyəti, təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydaları, həmçinin əmək fəaliyyəti zamanı hüquq və vəzifələr barədə ətraflı məlumat verilib. Eyni zamanda yeni qəbul olunmuş standartlar və “Vision Zero” (“Sıfır Gözlənti”) yanaşmasına əsaslanan təhlükəsiz əmək mədəniyyətinin təşviqi məsələləri diqqətə çatdırılıb.
Bildirilib ki, əməyin mühafizəsi qaydalarına əməl olunması sağlamlığın qorunması və təhlükəsiz əmək mühitinin formalaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.