Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialı regionda maarifləndirmə işlərini davam etdirir. Növbəti maarifləndirmə tədbiri 28 May - Müstəqillik Günü münasibətilə "Əmək qanunvericiliyi" mövzusuna həsr olunub.
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin təşkil etdiyi tədbirdə Nazirliyin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyi və Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialının əməkdaşları iştirak edərək fəaliyyət istiqamətləri barədə çıxış ediblər.
Tədbirdə dinlənilən məruzələr "İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günü işçilərin işə cəlb olunmasının yolverilməzliyi", "Əməyin Mühafizəsi", "Qeyri-formal məşğulluğun qarşısının alınması" mövzularını əhatə edib. Görüş zamanı işəgötürənlərə iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, əməyin mühafizəsi və qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində mövcud qanunvericiliyin tələbləri ətraflı izah olunub.
Sonda iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib, mövzular ətrafında müzakirələr aparılıb.