✕
(010) 525 55 45 | 142
AZ
  • AZ
  • EN
  • Nazirlik
    • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
    • Dövlət Əmək Müfəttişliyi Xidməti
    • DOST Agentliyi
    • Dövlət Məşğulluq Agentliyi
    • Sosial Xidmətlər Agentliyi
    • Dövlət Sosial Müdafiə Fondu
    • Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya
    • Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi
    • DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi
  • Müfəttişlik
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Əsasnamə
    • Strateji məqsədlər
    • İşə qəbul
    • Hesabatlar
  • Xidmətlər
    • Əmək müqaviləsi bildirişinin qeydiyyata alınması və bu barədə işəgötürənə və işçilərə məlumat verilməsi
    • Yeni və ya yenidən qurulmuş müəssisələrin, obyektlərin, istehsalat vasitələrinin əməyin mühafizəsi tələblərinə uyğunluğunu təyin edən sertifikat-pasportun verilməsi
    • İşəgötürənlərə və işçilərə əmək qanunvericiliyinin tətbiqi barədə metodiki kömək göstərilməsi
    • Müəssisə və təşkilatlarda əməyin mühafizəsi xidmətlərinin yenidən təşkili və ya ləğv edilməsinə razılıq verilməsi
    • Əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi
    • İstehsalatda baş verən bədbəxt hadisələr barədə məlumatların qəbulu və bu hadisələrin təhqiqatının aparılması
    • Əmək münasibətləri sahəsi üzrə arayışların verilməsi
  • Qanunvericilik
    • Konstitusiya
    • Məcəllələr
    • Qanunlar
    • Fərmanlar
    • Qərarlar
    • Sərəncamlar
    • Qaydalar
  • Media
    • Press-reliz
    • Elanlar
    • Fotoqalereya
    • Videoqalereya
    • Çap məhsulları
    • “DOST Müfəttiş” layihəsi
  • Sual-cavab
  • Əlaqə
  • Bloq
    • İşçilər üçün
    • İşəgötürənlər üçün
  • Ana səhifə
  • Media
  • Press-reliz
26.10.24

Oğuzda əmək sahəsində qəbul edilmiş yeniliklərlə bağlı tədbir keçirilib

×

 

Oğuzda “Əmək qanunvericiliyinə edilmiş dəyişikliklər və “Əmək və məşğulluq altsistemi”ndə yaradılmış yeni funksionallıqlar” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Oğuz rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Xidmətin rəisi Vəli Quliyev, Oğuz rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov, müvafiq dövlət qurumlarının nümayəndələri və işəgötürənlər iştirak ediblər.

​Tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

​İcra başçısı C.Əbdul-Qədirov tədbirin əhəmiyyəti barədə qonaqlara ətraflı məlumat verib. Bildirib ki, belə maarifləndirici görüşlərin təşkil olunmasının əsas məqsədi işəgötürənlərin dövlət qurumlarına əlçatanlığını təmin etmək, yeniliklər barədə onları mütəmadi məlumatlandırmaq və bu istiqamətdə onlara dəstək olmaqdan ibarətdir.

​Daha sonra çıxış edən V.Quliyev əmək münasibətlərinin tənzimlənməsi sahəsində qəbul edilmiş yeniliklər barədə danışıb. O qeyd edib ki, yeni qanunvericilik aktları əsasən əmək münasibətləri və məşğulluq sahələrində rəqəmsal xidmətlərin genişləndirilməsi məqsədi daşıyır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xidmətlərinin 90 faizindən çoxu elektronlaşdırılıb. 50-dən çox proaktiv xidmət, ölkənin sosial reyestri olan e-sosial portalı, əmək münasibətləri və məşğulluq üzrə vahid rəqəmsal platforma olan “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) yaradılıb.

Xidmət rəisi, həmçinin "DOST Müfəttiş" layihəsi və Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyətindən də bəhs edib.

Tədbirdə Xidmətin Hüquq İdarəsinin rəisi İslam Həsənzadə, Risklərin idarə edilməsi və elektron audit şöbəsinin müdiri vəzifəsini icra edən Orxan Hüseynov təqdimatlarla çıxış ediblər.

Sonda qonaqları maraqlandıran suallara aydınlıq gətirilib.

Paylaş:

  • LinkedIn
  • Facebook
  • Whatsapp
  • Telegram

Əmək hüquqlarınızın müdafiəsi üçün yaradılmış (+994 10) 525 55 45 WhatsApp nömrəsinə yaza bilərsiniz.

Ünvan: Bakı şəhəri, Svetlana Məmmədova küç., 107

Telefon: 142 - Çağrı mərkəzi (010) 525 55 45

Elektron poçt: demx@sosial.gov.az

Bütün hüquqlar qorunur | © Dövlət Əmək Müfəttişliyi Xidməti