✕
(010) 525 55 45 | 142
AZ
  • AZ
  • EN
  • Nazirlik
    • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
    • Dövlət Əmək Müfəttişliyi Xidməti
    • DOST Agentliyi
    • Dövlət Məşğulluq Agentliyi
    • Sosial Xidmətlər Agentliyi
    • Dövlət Sosial Müdafiə Fondu
    • Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya
    • Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi
    • DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi
  • Müfəttişlik
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Əsasnamə
    • Strateji məqsədlər
    • İşə qəbul
    • Hesabatlar
  • Xidmətlər
    • Əmək müqaviləsi bildirişinin qeydiyyata alınması və bu barədə işəgötürənə və işçilərə məlumat verilməsi
    • Yeni və ya yenidən qurulmuş müəssisələrin, obyektlərin, istehsalat vasitələrinin əməyin mühafizəsi tələblərinə uyğunluğunu təyin edən sertifikat-pasportun verilməsi
    • İşəgötürənlərə və işçilərə əmək qanunvericiliyinin tətbiqi barədə metodiki kömək göstərilməsi
    • Müəssisə və təşkilatlarda əməyin mühafizəsi xidmətlərinin yenidən təşkili və ya ləğv edilməsinə razılıq verilməsi
    • Əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi
    • İstehsalatda baş verən bədbəxt hadisələr barədə məlumatların qəbulu və bu hadisələrin təhqiqatının aparılması
    • Əmək münasibətləri sahəsi üzrə arayışların verilməsi
  • Qanunvericilik
    • Konstitusiya
    • Məcəllələr
    • Qanunlar
    • Fərmanlar
    • Qərarlar
    • Sərəncamlar
    • Qaydalar
  • Media
    • Press-reliz
    • Elanlar
    • Fotoqalereya
    • Videoqalereya
    • Çap məhsulları
    • “DOST Müfəttiş” layihəsi
  • Sual-cavab
  • Əlaqə
  • Bloq
    • İşçilər üçün
    • İşəgötürənlər üçün
  • Ana səhifə
  • Media
  • Press-reliz
14.09.23

Ölkəmizdə səfərdə olan Türkiyə nümayəndə heyəti ilə görüşlər davam etdirilir

×

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində ölkəmizdə səfərdə olan Türkiyə nümayəndə heyəti ilə növbəti görüş keçirilib.

Görüşdə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasına baxmayaraq Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən vətəndaşların müraciətləri və aidiyyəti dövlət qurumlarının məlumatları əsasında aparılan araşdırmalar, müvafiq sahədə risk əsaslı nəzarətin təşkili üzrə görülən işlər barədə ətraflı məlumat verilib.

Eyni zamanda Azərbaycanda əməyin mühafizəsi və təhlükəsizliyi sistemi, yaradılmaqda olan milli standartlar, habelə Əməyin Mühafizəsi Mərkəzinin nəzərdə tutulan fəaliyyət istiqamətləri barədə təqdimat edilib.

Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması məqsədilə Xidmət tərəfindən işçi və işəgötürənlər arasında aparılan maarifləndirmə tədbirləri, xüsusilə işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi ilə  birlikdə təşkil olunan təlimlər diqqətə çatdırılıb.

Azərbaycan Respublikasında işəgötürənlər tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin təmin edilməsinə nail olmaq üçün qanunvericiliyinin tələblərinin pozulması faktının aşkar edilməsi və müvafiq tədbirlərin görülməsi məqsədilə hazırlanan “E-audit” sistemi təqdim edilib. Bildirilib ki,  “E-audit” sisteminin tətbiqinin əsas məqsədi yoxlamalarda şəffaflığın və operativliyin artırılması, insan faktorunun və müfəttiş-işəgötürən təmasının azaldılması, resurslardan səmərəli istifadə və digər bu kimi məsələlərdir.

Görüşdə Türkiyə nümayəndə heyəti ilə fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq məsələləri müzakirə olunub, qonaqları maraqlandıran suallar cavablandırılıb.

Paylaş:

  • LinkedIn
  • Facebook
  • Whatsapp
  • Telegram

Əmək hüquqlarınızın müdafiəsi üçün yaradılmış (+994 10) 525 55 45 WhatsApp nömrəsinə yaza bilərsiniz.

Ünvan: Bakı şəhəri, Svetlana Məmmədova küç., 107

Telefon: 142 - Çağrı mərkəzi (010) 525 55 45

Elektron poçt: demx@sosial.gov.az

Bütün hüquqlar qorunur | © Dövlət Əmək Müfəttişliyi Xidməti