Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları 44 günlük Vətən müharibəsində şəhid olmuş Həsənquliyev Nicatın İsmayıllıda və Qarayev Anarın Qaxda yaşayan ailələrini ziyarət edib.
Prezident İlham Əliyevin Sərəncamları ilə Həsənquliyev Nicat "Vətən uğrunda" , "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları, III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə və Qarayev Anar Çingiz oğlu isə “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Ailə ilə söhbət zamanı şəhidin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub, onun xatirəsinin əbədi olaraq yaşayacağı vurğulanıb. Xidmət əməkdaşları ailənin sosial vəziyyəti ilə maraqlanıb.
Bildirilib ki, bütün şəhid ailələrinə, o cümlədən Həsənquliyev Nicatın və Qarayev Anarın ailələrini də dövlətimiz tərəfindən daim diqqət və qayğı göstərilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailəsinə sosial ödənişlər təyin edilib.
Şəhidin ailəsinin sosial vəziyyətinin bundan sonra da həmişə diqqətdə saxlanacağı vurğulanıb.