Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Şəki-Zaqatala regional şöbəsi tərəfindən “Uşaq hüquqları aylığı” çərçivəsində Qəbələ Peşə Təhsili Mərkəzində maarifləndirici görüş keçirilib.
20-yə yaxın iştirakçının qatıldığı görüşdə uşaq əməyinin istismarının qarşısının alınması, eləcə də uşaqların əmək hüquqlarının qorunması məsələləri barədə məlumat verilib.
Görüş zamanı uşaq əməyinin istismarına qarşı mübarizənin əhəmiyyəti, bu sahədə əmək qanunvericiliyinin tələbləri və uşaqların əmək hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlər diqqətə çatdırılıb.
Həmçinin məcburi əmək və insan alverinin qarşısının alınmasında birgə fəaliyyətin və maarifləndirmə işlərinin gücləndirilməsinin vacibliyi vurğulanıb.
Sonda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılırb.