✕
(010) 525 55 45 | 142
AZ
  • AZ
  • EN
  • Nazirlik
    • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
    • Dövlət Əmək Müfəttişliyi Xidməti
    • DOST Agentliyi
    • Dövlət Məşğulluq Agentliyi
    • Sosial Xidmətlər Agentliyi
    • Dövlət Sosial Müdafiə Fondu
    • Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya
    • Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi
    • DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi
  • Müfəttişlik
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Əsasnamə
    • Strateji məqsədlər
    • İşə qəbul
    • Hesabatlar
  • Xidmətlər
    • Yeni və ya yenidən qurulmuş müəssisələrin, obyektlərin, istehsalat vasitələrinin əməyin mühafizəsi tələblərinə uyğunluğunu təyin edən sertifikat-pasportun verilməsi
    • İşəgötürənlərə və işçilərə əmək qanunvericiliyinin tətbiqi barədə metodiki kömək göstərilməsi
    • Müəssisə və təşkilatlarda əməyin mühafizəsi xidmətlərinin yenidən təşkili və ya ləğv edilməsinə razılıq verilməsi
    • Əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi
    • İstehsalatda baş verən bədbəxt hadisələr barədə məlumatların qəbulu və bu hadisələrin təhqiqatının aparılması
    • Əmək münasibətləri sahəsi üzrə arayışların verilməsi
  • Qanunvericilik
    • Konstitusiya
    • Məcəllələr
    • Qanunlar
    • Fərmanlar
    • Qərarlar
    • Sərəncamlar
    • Qaydalar
  • Media
    • Press-reliz
    • Elanlar
    • Fotoqalereya
    • Videoqalereya
    • Çap məhsulları
    • “DOST Müfəttiş” layihəsi
  • Sual-cavab
  • Əlaqə
  • Bloq
    • İşçilər üçün
    • İşəgötürənlər üçün
  • Ana səhifə
  • Media
  • Press-reliz
25.05.26

Qısaldılmış və natamam iş vaxtı hansı hallarda tətbiq olunur?

×

Əmək qanunvericiliyində bir sıra kateqoriyalara aid işçilər üçün qısaldılmış iş vaxtı və natamam iş vaxtının tətbiqi nəzərdə tutulur.  Hər iki halda işçinin gündəlik və ya həftəlik iş müddəti azaldılır. Lakin bu iş rejimlərinin tətbiq əsasları fərqlidir.

Qısaldılmış iş vaxtı daha çox işçinin yaşı, səhhəti, əmək şəraiti və gördüyü işin xarakteri ilə bağlı müəyyən edilir. Məsələn, 16 yaşınadək işçilər üçün həftəlik iş vaxtı 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər, orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, hamilə və yaşyarımadək uşağı olan qadınlar, eləcə də 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün isə 36 saatdan artıq olmamalıdır.

Əmək şəraiti zərərli olan işlərdə çalışan işçilər üçün də həftədə 36 saatdan çox olmayan qısaldılmış iş vaxtı tətbiq edilir. Bu, fiziki, kimyəvi, bioloji və insan sağlamlığı üçün zərərli olan digər istehsalat amillərinin mövcud olduğu iş yerlərinə aiddir.

Bundan başqa, yüksək həssaslıq, zehni, fiziki və əsəb gərginliyi tələb edən, insanın səhhətinə mənfi təsir göstərə bilən xüsusi xarakterli işlərdə çalışan şəxslər üçün də qısaldılmış iş vaxtı müəyyən edilə bilər. Bu kateqoriyaya həkimlər, müəllimlər, elektrotexniki qurğularda və qanunvericilikdə nəzərdə tutulan digər iş yerlərində çalışan şəxslər daxildir.

Natamam iş vaxtı isə başqa qaydada tətbiq olunur. Bu iş rejimi əmək müqaviləsi bağlanarkən və ya əmək münasibətləri dövründə işçi ilə işəgötürənin qarşılıqlı razılığı əsasında müəyyən edilir. Natamam iş vaxtı natamam iş günü və ya natamam iş həftəsi formasında ola bilər. Onun müddəti və hansı dövr üçün tətbiq olunacağı tərəflərin razılığı ilə müəyyən edilir.

Bəzi hallarda isə işəgötürən işçinin müraciəti əsasında natamam iş vaxtı müəyyən etməlidir. Bu, işçinin səhhəti, hamiləlik, əlillik vəziyyəti, xroniki xəstəliyi olan uşağa və ya ailə üzvünə qulluq zərurəti ilə bağlı ola bilər. Həmçinin on dörd yaşına çatmamış və ya əlilliyi olan uşağı olan qadınların ərizəsi əsasında natamam iş vaxtı müəyyən edilməlidir.

Qısaldılmış iş vaxtı ilə natamam iş vaxtı arasında əsas fərq ondan ibarətdir ki, qısaldılmış iş vaxtı qanunvericilikdə xüsusi qorunan işçi kateqoriyaları və zərərli və ya xüsusi xarakterli işlər üçün nəzərdə tutulur. Natamam iş vaxtı isə əsasən tərəflərin razılığı ilə tətbiq edilir və işçinin şəxsi, ailə və ya sağlamlıq vəziyyəti ilə bağlı ehtiyaclarından irəli gələ bilər.

Hər iki halda işçinin əmək hüquqları qorunur. Natamam iş vaxtında çalışan işçilərin əmək hüquqlarının hər hansı formada məhdudlaşdırılmasına yol verilmir.

Paylaş:

  • LinkedIn
  • Facebook
  • Whatsapp
  • Telegram

Əmək hüquqlarınızın müdafiəsi üçün yaradılmış (+994 10) 525 55 45 WhatsApp nömrəsinə yaza bilərsiniz.

Ünvan: Bakı şəhəri, Svetlana Məmmədova küç., 107

Telefon: 142 - Çağrı mərkəzi (010) 525 55 45

Elektron poçt: demx@sosial.gov.az

Bütün hüquqlar qorunur | © Dövlət Əmək Müfəttişliyi Xidməti