✕
(010) 525 55 45 | 142
AZ
  • AZ
  • EN
  • Nazirlik
    • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
    • Dövlət Əmək Müfəttişliyi Xidməti
    • DOST Agentliyi
    • Dövlət Məşğulluq Agentliyi
    • Sosial Xidmətlər Agentliyi
    • Dövlət Sosial Müdafiə Fondu
    • Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya
    • Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi
    • DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi
  • Müfəttişlik
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Əsasnamə
    • Strateji məqsədlər
    • İşə qəbul
    • Hesabatlar
  • Xidmətlər
    • Əmək müqaviləsi bildirişinin qeydiyyata alınması və bu barədə işəgötürənə və işçilərə məlumat verilməsi
    • Yeni və ya yenidən qurulmuş müəssisələrin, obyektlərin, istehsalat vasitələrinin əməyin mühafizəsi tələblərinə uyğunluğunu təyin edən sertifikat-pasportun verilməsi
    • İşəgötürənlərə və işçilərə əmək qanunvericiliyinin tətbiqi barədə metodiki kömək göstərilməsi
    • Müəssisə və təşkilatlarda əməyin mühafizəsi xidmətlərinin yenidən təşkili və ya ləğv edilməsinə razılıq verilməsi
    • Əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi
    • İstehsalatda baş verən bədbəxt hadisələr barədə məlumatların qəbulu və bu hadisələrin təhqiqatının aparılması
    • Əmək münasibətləri sahəsi üzrə arayışların verilməsi
  • Qanunvericilik
    • Konstitusiya
    • Məcəllələr
    • Qanunlar
    • Fərmanlar
    • Qərarlar
    • Sərəncamlar
    • Qaydalar
  • Media
    • Press-reliz
    • Elanlar
    • Fotoqalereya
    • Videoqalereya
    • Çap məhsulları
    • “DOST Müfəttiş” layihəsi
  • Sual-cavab
  • Əlaqə
  • Bloq
    • İşçilər üçün
    • İşəgötürənlər üçün
  • Ana səhifə
  • Media
  • Press-reliz
21.01.26

Respublika Sanitariya-Karantin Mərkəzində əməyin mühafizəsinə dair maarifləndirici təlim keçirilib

×

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində fəaliyyət göstərən Əməyin Mühafizəsi Mərkəzi tərəfindən növbəti maarifləndirici təlim Respublika Sanitariya-Karantin Mərkəzinin əməkdaşları üçün təşkil edilib.

Əməyin mühafizəsi və təhlükəsiz əmək şəraitinin təmin olunmasına həsr olunmuş təlimdə müəssisənin 20-yə yaxın əməkdaşı iştirak edib. Təlimdə Əməyin Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən əməyin mühafizəsi sahəsində qəbul edilmiş yeni dövlət standartları, onların tətbiqi mexanizmləri, müəssisələrdə təhlükəsizlik mədəniyyətinin formalaşdırılması, habelə risklərin müəyyən edilməsi və idarə olunması ilə bağlı əsas məsələlər ətraflı şəkildə izah edilib.

Bununla yanaşı, istehsalat qəzalarının qarşısının alınması, profilaktik tədbirlərin gücləndirilməsi, işçilərin bilik və bacarıqlarının artırılması, eləcə də təhlükəsiz əmək vərdişlərinin təşviqi təlimin əsas müzakirə mövzuları sırasında yer alıb.

Qeyd edək ki, təlimin əsas məqsədi işəgötürənlərə və işçilərə əməyin mühafizəsi sahəsində mövcud qanunvericiliyin tələblərini çatdırmaq, layiqli və təhlükəsiz əmək şəraitinin yaradılmasına dəstək vermək, eyni zamanda istehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması istiqamətində əməyin mühafizəsi üzrə mütəxəssislərin hazırlıq səviyyəsini gücləndirməkdən ibarətdir.

Paylaş:

  • LinkedIn
  • Facebook
  • Whatsapp
  • Telegram

Əmək hüquqlarınızın müdafiəsi üçün yaradılmış (+994 10) 525 55 45 WhatsApp nömrəsinə yaza bilərsiniz.

Ünvan: Bakı şəhəri, Svetlana Məmmədova küç., 107

Telefon: 142 - Çağrı mərkəzi (010) 525 55 45

Elektron poçt: demx@sosial.gov.az

Bütün hüquqlar qorunur | © Dövlət Əmək Müfəttişliyi Xidməti