Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində "Əməyin Mühafizəsi Mərkəzi" publik hüquqi şəxsin idarə heyətinin sədri İlham Həsənov 2020-ci il tarixində Füzuli uğrunda gedən döyüşlərdə şəhid olmuş Həsənov Faiq Hüseyn oğlunun ailəsini Bakıda ziyarət edib.
Həsənov Faiq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli sərəncamı ilə Müdafiə Nazirliyi tərəfindən “Vətən uğrunda” medalı, 24.12.2020-ci il tarixli sərəncamı ilə isə “Cəbrayılın azad olunmasına görə” medalı və “Şücaət” medalları ilə təltif olunmuşdur.
Ailə ilə söhbət zamanı şəhidin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub, onun xatirəsinin əbədi olaraq yaşayacağı vurğulanıb. Xidmət əməkdaşları ailənin sosial vəziyyəti ilə maraqlanıb.
Şəhidin ailəsinin sosial vəziyyətinin bundan sonra da həmişə diqqətdə saxlanacağı vurğulanıb.