Naxçıvan Muxtar Respublikasında Şərur rayonu üzrə ümumtəhsil məktəblərinin direktorları üçün ISO 45003:2024 “Əməyin mühafizəsi və texniki təhlükəsizlik” mövzusunda təlim təşkil olunub.
Təlimin məqsədi əməyin mühafizəsi sahəsində bilik və bacarıqların artırılması, təhsil müəssisələrində təhlükəsiz və sağlam iş mühitinin formalaşdırılması, eləcə də beynəlxalq ISO 45003:2024 standartının tətbiqinin əhəmiyyətinin vurğulanması olub.
Təlimdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində fəaliyyət göstərən Əməyin Mühafizəsi Mərkəzinin, Mərkəzin Naxçıvan filialının nümayəndələri və Şərur şəhər 2 nömrəli tam orta məktəbin 59 direktoru iştirak edib.
Təlim zamanı əməyin mühafizəsi və texniki təhlükəsizlik sahəsində mövcud tələblər, risklərin idarə olunması, təhlükəsiz əmək şəraitinin yaradılması və ISO standartlarının praktik tətbiqi ilə bağlı ətraflı məlumat verilib.
Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb, praktiki müzakirələr aparılıb və fikir mübadiləsi həyata keçirilib.