Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən SƏTƏM (sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi) mütəxəssisləri üçün növbəti təlim təşkil olunub.
Əməyin Mühafizəsi Mərkəzinin əməkdaşları tərəfindən keçirilən “Əməyin mühafizəsi və texniki təhlükəsizlik” mövzusunda təlimdə 9 müəssisədən 10, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) isə 14 nəfər iştirak edib.
Təlim zamanı əməyin mühafizəsinin əhəmiyyəti, istehsalatda təhlükəsizliyin təmin olunması qaydaları, eləcə də əmək fəaliyyəti dövründə hüquq və vəzifələr barədə geniş məlumat verilib.
Çıxış edən mütəxəssislər əməyin mühafizəsi tələblərinə riayət olunmasının işçilərin sağlamlığının qorunması, təhlükəsiz iş mühitinin formalaşdırılması və istehsalatda səmərəliliyin artırılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.