✕
(010) 525 55 45 | 142
AZ
  • AZ
  • EN
  • Nazirlik
    • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
    • Dövlət Əmək Müfəttişliyi Xidməti
    • DOST Agentliyi
    • Dövlət Məşğulluq Agentliyi
    • Sosial Xidmətlər Agentliyi
    • Dövlət Sosial Müdafiə Fondu
    • Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya
    • Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi
    • DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi
  • Müfəttişlik
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Əsasnamə
    • Strateji məqsədlər
    • İşə qəbul
    • Hesabatlar
  • Xidmətlər
    • Əmək müqaviləsi bildirişinin qeydiyyata alınması və bu barədə işəgötürənə və işçilərə məlumat verilməsi
    • Yeni və ya yenidən qurulmuş müəssisələrin, obyektlərin, istehsalat vasitələrinin əməyin mühafizəsi tələblərinə uyğunluğunu təyin edən sertifikat-pasportun verilməsi
    • İşəgötürənlərə və işçilərə əmək qanunvericiliyinin tətbiqi barədə metodiki kömək göstərilməsi
    • Müəssisə və təşkilatlarda əməyin mühafizəsi xidmətlərinin yenidən təşkili və ya ləğv edilməsinə razılıq verilməsi
    • Əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi
    • İstehsalatda baş verən bədbəxt hadisələr barədə məlumatların qəbulu və bu hadisələrin təhqiqatının aparılması
    • Əmək münasibətləri sahəsi üzrə arayışların verilməsi
  • Qanunvericilik
    • Konstitusiya
    • Məcəllələr
    • Qanunlar
    • Fərmanlar
    • Qərarlar
    • Sərəncamlar
    • Qaydalar
  • Media
    • Press-reliz
    • Elanlar
    • Fotoqalereya
    • Videoqalereya
    • Çap məhsulları
    • “DOST Müfəttiş” layihəsi
  • Sual-cavab
  • Əlaqə
  • Bloq
    • İşçilər üçün
    • İşəgötürənlər üçün
  • Ana səhifə
  • Media
  • Press-reliz
17.10.24

Şuşada “İşğaldan azad edilmiş ərazilərdə əmək şəraitinin inkişafına dəstək: ətraf mühitin əməyin təhlükəsizliyinə təsiri” mövzusunda konfrans keçirilib

×

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Şuşa şəhərində “İşğaldan azad edilmiş ərazilərdə əmək şəraitinin inkişafına dəstək: ətraf mühitin əməyin təhlükəsizliyinə təsiri” mövzusunda konfrans keçirib.

Konfransda dövlət, qeyri-hökumət təşkilatlarının nümayəndələri, işəgötürənlər və işçilər iştirak edib. Tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycanın Dövlət himni səsləndirilib. Xidmətin işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi maarifləndirmə tədbirlərinə dair videoçarx təqdim olunub. 

Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Elşad İskəndərov tədbiri giriş sözü ilə açaraq, işğaldan azad edilmiş ərazilərdə əmək şəraitinin inkişafına dəstək, ətraf  mühitin əməyin təhlükəsizliyinə təsiri  mövzusunda Şuşada keçirilən bu konfransın əhəmiyyətini qeyd edib. 

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev Prezident cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası çərçivəsində Xidmətin işğaldan azad olunmuş ərazilərdə layiqli əməyin təminatına dəstək məqsədli maarifləndirmə işləri barədə məlumat verib.

 Bu sahədə ötən ildən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK), Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Nazirliyin  tabeliyindəki Dövlət Məşğulluq Agentliyi ilə birgə keçirilən tədbirlərdə əməyin mühafizəsi və mina təhlükəsizliyi mövzularına xüsusi önəm verildiyi bildirilib. Həmin tədbirlərin 200-dən çox işəgötürən və 5 minədək işçini əhatə etdiyi qeyd olunub. 

Gələn ay ölkəmizdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının keçiriləcəyi, bu missiyaya uyğun olaraq dövlətimizin başçısının Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyi bildirilib. İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsirinin olduğu, maarifləndirmə tədbirlərinin bu mövzunu da əhatə etdiyi vurğulanıb.

İşğaldan azad edilmiş ərazilərimizdə işçilərin əmək hüquqlarının qorunması üçün elektron sistemlər üzərindən mütəmadi olaraq monitorinqlərin həyata keçirildiyi bildirilib. 

Konfransda ANAMA-nın İdarə Heyəti sədrinin müavini Ceyhun Rzayev, KOBİA-nın İdarə Heyəti sədrinin müavini Samir Hümbətov, AHİK sədrinin müavini Cavanşir Alxasov, ASK-nın vitse-prezidenti Vüqar Zeynalov,  Türkiyənin ölkəmizdəki səfirliyinin əmək və sosial müdafiə məsələləri üzrə müşaviri Muhammed Fatih Alodalı, BƏT-in Azərbaycan üzrə koordinatoru Yaşar Həmzəyevin çıxışları dinlənilib.

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən tədbirlərdə səmərəli əməkdaşlığa görə bir sıra işəgötürənlərə Dövlət Əmək Müfəttişliyi Xidməti “Təşəkkürnamə” təqdim edilib. 

Paylaş:

  • LinkedIn
  • Facebook
  • Whatsapp
  • Telegram

Əmək hüquqlarınızın müdafiəsi üçün yaradılmış (+994 10) 525 55 45 WhatsApp nömrəsinə yaza bilərsiniz.

Ünvan: Bakı şəhəri, Svetlana Məmmədova küç., 107

Telefon: 142 - Çağrı mərkəzi (010) 525 55 45

Elektron poçt: demx@sosial.gov.az

Bütün hüquqlar qorunur | © Dövlət Əmək Müfəttişliyi Xidməti