Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən təhsil müəssisələrində əməyin mühafizəsi sahəsində maarifləndirmə işlərinin gücləndirilməsi məqsədilə növbəti təlim Quba Tibb Kollecində keçirilib.
İki növbə şəklində keçirilən təlimə kollecinin tələbə və müəllim heyətindən ibarət 250-yə yaxın iştirakçı qatılıb.
Görüş zamanı əməyin mühafizəsi üzrə təhlükəsizlik qaydalarına əməl etməyin zəruriliyi, istehsalatda baş verə biləcək bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması istiqamətində həyata keçirilən kompleks tədbirlər barədə məlumat verilib.
Bununla yanaşı, gənclər arasında əməyin mühafizəsi mədəniyyətinin formalaşdırılması, təhlükəsiz əmək mühitinin yaradılması və hüquqi biliklərin artırılması ilə bağlı mövzular geniş şəkildə müzakirə olunub.
Sonda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.