Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Qazax-Tovuz regional şöbəsi tərəfindən “Uşaq Hüquqları Aylığı” çərçivəsində Tovuz Dövlət Peşə Təhsil Mərkəzində maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə 40 nəfər iştirak edib.
Tədbirdə iştirakçılara uşaqların əmək hüquqları, bu sahədə qanunvericiliyin tələbləri, eləcə də uşaq əməyinin istismarının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.