✕
(010) 525 55 45 | 142
AZ
  • AZ
  • EN
  • Nazirlik
    • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
    • Dövlət Əmək Müfəttişliyi Xidməti
    • DOST Agentliyi
    • Dövlət Məşğulluq Agentliyi
    • Sosial Xidmətlər Agentliyi
    • Dövlət Sosial Müdafiə Fondu
    • Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya
    • Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi
    • DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi
  • Müfəttişlik
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Əsasnamə
    • Strateji məqsədlər
    • İşə qəbul
    • Hesabatlar
  • Xidmətlər
    • Əmək müqaviləsi bildirişinin qeydiyyata alınması və bu barədə işəgötürənə və işçilərə məlumat verilməsi
    • Yeni və ya yenidən qurulmuş müəssisələrin, obyektlərin, istehsalat vasitələrinin əməyin mühafizəsi tələblərinə uyğunluğunu təyin edən sertifikat-pasportun verilməsi
    • İşəgötürənlərə və işçilərə əmək qanunvericiliyinin tətbiqi barədə metodiki kömək göstərilməsi
    • Müəssisə və təşkilatlarda əməyin mühafizəsi xidmətlərinin yenidən təşkili və ya ləğv edilməsinə razılıq verilməsi
    • Əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi
    • İstehsalatda baş verən bədbəxt hadisələr barədə məlumatların qəbulu və bu hadisələrin təhqiqatının aparılması
    • Əmək münasibətləri sahəsi üzrə arayışların verilməsi
  • Qanunvericilik
    • Konstitusiya
    • Məcəllələr
    • Qanunlar
    • Fərmanlar
    • Qərarlar
    • Sərəncamlar
    • Qaydalar
  • Media
    • Press-reliz
    • Elanlar
    • Fotoqalereya
    • Videoqalereya
    • Çap məhsulları
    • “DOST Müfəttiş” layihəsi
  • Sual-cavab
  • Əlaqə
  • Bloq
    • İşçilər üçün
    • İşəgötürənlər üçün
  • Ana səhifə
  • Media
  • Press-reliz
26.05.25

Türkiyədə keçirilən Əməyin Mühafizəsi və Təhlükəsizliyi Həftəsində Azərbaycanın əmək sahəsində islahatlar təcrübəsi barədə məlumat verilib

×

Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyinin təşkilatçılığı ilə qardaş ölkənin Kayseri şəhərində 38-ci Əməyin Mühafizəsi və Təhlükəsizliyi Həftəsi keçirilir.

Tədbirin əsas məqsədi əməyin mühafizəsi sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, ictimai məlumatlılığın artırılması, xüsusilə uşaqlar və gənclər arasında maarifləndirmənin gücləndirilməsidir.  

Həftə çərçivəsində təşkil olunan “Rəqəmsal dövrdə əməyin təhlükəsizliyi və mühafizəsi: örnək təcrübə nümunələri” mövzusuna həsr olunmuş panel müzakirəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev də iştirak edib.

Panel zamanı Vəli Quliyev ölkəmizdə əmək münasibətləri, o cümlədən əməyin mühafizəsi sahəsində həyata keçirilən islahatlar barədə geniş məlumat verib. O, Azərbaycanda əmək münasibətlərinin rəqəmsallaşdırılması istiqamətində əldə olunan mühüm nailiyyətləri, əmək müqavilələrinin elektronlaşdırıldığını, əmək hüquqlarının qorunması, habelə əməyin mühafizəsi üzrə rəqəmsal nəzarət sistemlərinin qurulduğunu qeyd edib.

Bildirib ki, bu sistemlər işəgötürənlərə və işçilərə risklərin əvvəlcədən qiymətləndirilməsi və onların qarşısının alınması imkanlarını yaradır. Bu isə əmək hüquqlarının qorunmasına və profilaktik tədbirlərin gücləndirilməsinə töhfə verir.

Çıxışında süni intellektin yaratdığı yeni çağırışlara da toxunan Xidmət rəisi vurğulayıb ki, bu texnologiyaların tətbiqi nəticəsində yaranan risklərin idarə olunması məqsədilə rəqəmsal həllər hazırlanır. Əsas məqsəd iş yerlərində təhlükəsizliyin artırılması və vətəndaşların dövlət xidmətlərinə operativ və asan müraciət edə bilməsidir.

Tədbir çərçivəsində interaktiv fəaliyyət zonaları, təlimlər, teatr tamaşaları və səhnə çıxışları da təşkil olunub, uşaqlar və gənclərin iştirakı ilə təhlükəsiz əmək mühitinin əhəmiyyəti praktiki formada təqdim edilib.

Paylaş:

  • LinkedIn
  • Facebook
  • Whatsapp
  • Telegram

Əmək hüquqlarınızın müdafiəsi üçün yaradılmış (+994 10) 525 55 45 WhatsApp nömrəsinə yaza bilərsiniz.

Ünvan: Bakı şəhəri, Svetlana Məmmədova küç., 107

Telefon: 142 - Çağrı mərkəzi (010) 525 55 45

Elektron poçt: demx@sosial.gov.az

Bütün hüquqlar qorunur | © Dövlət Əmək Müfəttişliyi Xidməti