Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndə heyəti ilə Türkiyə Respublikası Əmək və Sosial Müdafiə Nazirliyinin Əməyin Mühafizəsi və Təhlükəsizliyi Baş İdarəsinin nümayəndə heyəti arasında görüş keçirilib.
Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev Xidmətin tabeliyində yeni yaradılmış “Əməyin Mühafizəsi Mərkəzi”nin fəaliyyəti, əməyin təşkilində ən mütərəqqi üsulların, o cümlədən yeni texnikanın və ya texnologiyanın tətbiqi, iş yerlərinin attestasiyasın keçirilməsi, eləcədə yerli və xarici tərəfdaşlarla qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi barədə məlumat verib.
Xidmət rəisi həmçinin əməyin mühafizəsi sahəsində Türkiyə təcrübəsinin öyrənilməsinin vacib olduğunu qeyd edib.
Sonda hər iki qurum arasında əməkdaşlığın genişləndirilməsi, təcrübələrinin bölüşməsi üçün atılacaq addımlar barədə razılığa gəlinib.