✕
(010) 525 55 45 | 142
AZ
  • AZ
  • EN
  • Nazirlik
    • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
    • Dövlət Əmək Müfəttişliyi Xidməti
    • DOST Agentliyi
    • Dövlət Məşğulluq Agentliyi
    • Sosial Xidmətlər Agentliyi
    • Dövlət Sosial Müdafiə Fondu
    • Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya
    • Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi
    • DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi
  • Müfəttişlik
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Əsasnamə
    • Strateji məqsədlər
    • İşə qəbul
    • Hesabatlar
  • Xidmətlər
    • Əmək müqaviləsi bildirişinin qeydiyyata alınması və bu barədə işəgötürənə və işçilərə məlumat verilməsi
    • Yeni və ya yenidən qurulmuş müəssisələrin, obyektlərin, istehsalat vasitələrinin əməyin mühafizəsi tələblərinə uyğunluğunu təyin edən sertifikat-pasportun verilməsi
    • İşəgötürənlərə və işçilərə əmək qanunvericiliyinin tətbiqi barədə metodiki kömək göstərilməsi
    • Müəssisə və təşkilatlarda əməyin mühafizəsi xidmətlərinin yenidən təşkili və ya ləğv edilməsinə razılıq verilməsi
    • Əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi
    • İstehsalatda baş verən bədbəxt hadisələr barədə məlumatların qəbulu və bu hadisələrin təhqiqatının aparılması
    • Əmək münasibətləri sahəsi üzrə arayışların verilməsi
  • Qanunvericilik
    • Konstitusiya
    • Məcəllələr
    • Qanunlar
    • Fərmanlar
    • Qərarlar
    • Sərəncamlar
    • Qaydalar
  • Media
    • Press-reliz
    • Elanlar
    • Fotoqalereya
    • Videoqalereya
    • Çap məhsulları
    • “DOST Müfəttiş” layihəsi
  • Sual-cavab
  • Əlaqə
  • Bloq
    • İşçilər üçün
    • İşəgötürənlər üçün
  • Ana səhifə
  • Media
  • Press-reliz
22.04.25

Ümumdünya Əməyin Mühafizəsi Günü ilə bağlı regionlarda maarifləndirmə tədbirləri keçirilib

×

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü əlaqədar Gəncə və Naxçıvan şəhərlərində, Bərdə, Oğuz, Quba, Ağdaş rayonlarında maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlər Beynəlxalq Əmək Təşkilatının (BƏT) 155 nömrəli “Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında” Konvensiyasının tələbinə uyğun olaraq və “Əmək və Məşğulluq” altsistemi üzərindən təhlillər  aparılmaqla, işçi sayı çox olan, ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerləri olan müəssisələr üzrə işəgötürənlərin iştirakı ilə keçirilib.

400-dən çox işəgötürənin nümayəndələri ilə yanaşı, sosial tərəfdaşlar və digər dövlət qurumlarının nümayəndələrinin, hüquq-mühafizə orqanları əməkdaşların da iştirak etdiyi tədbirlərdə qeyd olunub ki, BƏT tərəfindən 2003-cü ildən 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü kimi elan edilib. Azərbaycanda da hər il 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü olaraq qeyd edilir.

Əməyin mühafizəsi Azərbaycanda dövlətin sosial siyasətinin əsas məqsədlərindən biridir. BƏT-in əməyin mühafizəsi ilə bağlı Konvensiyaları da ölkəmiz tərəfindən ratifikasiya edilib və əməyin mühafizəsi sahəsində dolğun milli qanunvericilik bazası yaradılaraq daim təkmilləşdirilir.

Ümumilikdə BƏT-in 59 Konvensiya və 1 protokolunu ratifikasiya edən Azərbaycan MDB ölkələri arasında ən çox BƏT standartlarını qəbul etmiş ölkələrdən biridir. BƏT-in digər konvensiyalarının ratifikasiya imkanlarının araşdırılması prosesi davam etdirilir.

Tədbirlərdə əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübəyə əsasən aparılmış təhlillər, Əmək Məcəlləsinə edilmiş son dəyişikliklər, Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyəti, habelə əməyin mühafizəsi üzrə yeni qəbul edilmiş standartlar ilə bağlı ətraflı məlumatlar verilib. Həmçinin iştirakçılar tərəfindən verilən suallar cavablandırılıb, səsləndirilən təkliflər əsasında müzakirələr aparılıb.

Paylaş:

  • LinkedIn
  • Facebook
  • Whatsapp
  • Telegram

Əmək hüquqlarınızın müdafiəsi üçün yaradılmış (+994 10) 525 55 45 WhatsApp nömrəsinə yaza bilərsiniz.

Ünvan: Bakı şəhəri, Svetlana Məmmədova küç., 107

Telefon: 142 - Çağrı mərkəzi (010) 525 55 45

Elektron poçt: demx@sosial.gov.az

Bütün hüquqlar qorunur | © Dövlət Əmək Müfəttişliyi Xidməti