Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində fəaliyyət göstərən Əməyin Mühafizəsi Mərkəzi tərəfindən ümumi təhsil müəssisələrində əməyin mühafizəsinə dair maarifləndirmə tədbirləri davam etdirilir.
Növbəti maarifləndirmə tədbiri Nərimanov rayonu 82 nömrəli tam orta məktəbdə təşkil olunub, tədbirdə 40 şagird iştirak edib.
Tədbir zamanı şagirdlərə əməyin mühafizəsinin əhəmiyyəti, istehsalatda təhlükəsizlik qaydaları, yanğın təhlükəsizliyi, eləcə də əmək fəaliyyəti zamanı hüquq və vəzifələr barədə ətraflı məlumat verilib. Əməyin mühafizəsi qaydalarına riayət olunmasının sağlamlığın qorunması və əmək fəaliyyətinin səmərəliliyinin artırılması baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.
Sonda mövzular üzrə fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.